Suriya ordusu ilə Hizbullah İranın əmrlərini yerinə yetirir

13 Fevral 2018 12:37

İsrailin İranın PUA-sını və Suriyanın İsrailin F-16-sının vurmasından sonra Tel-Əviv bildirib ki, istənilən şəkildə özünü müdafiə edəcək.

Milli.Az Sputniknews-a istinadla xəbər verir ki, İsrailin milli infrastruktur, enerji və su təchizatı naziri Yuval Ştaynits Army Radio-ya açıqlaması zamanı söyləyib ki, Suriya prezidenti Bəşər Əsədə xəbərdarlıq edilib. Əgər İran Tel-Əvivin müəyyən etdiyi "qırmızı xətt"i keçsə, İsrail Suriyaya qarşı tədbirlər görəcək.

O, həmçinin bildirib ki, Suriya ordusu ilə Hizbullah İranın əmrlərini yerinə yetirir.

Bəxtiyar Umarlı
Milli.Az