Mikayıl Cabbarov: "Vergilər Nazirliyi həvəsləndirici vergi siyasəti həyata keçirmək niyyətindədir"

13 Fevral 2018 12:42

"Vergilər Nazirliyi həvəsləndirici vergi siyasəti həyata keçirmək niyyətindədir".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu "Vergilər. Şəffaflıq. İnkişaf" adlı konfransda Azərbaycanın vergilər naziri Mikayıl Cabbarov deyib.

Vergi daxilolmalarının həcminin artırılması məsələsinə toxunan nazir qeyd edib ki, nazirliyin əsas məqsədlərindən biri vergi bazasının genişləndirilməsi olacaq.

Nazir bildirib ki, bu addın iqtisadi artım tempinin sürətlənməsinə öz töhfəsini verəcək.

M.Cabbarov onu da vurğulayıb ki, vergilər sahəsində reallaşdırılan islahatlar şəffaf vergi sisteminin yaranmasına, cəlbedici vergi mühitinin formalaşmasına, eləcə də vergi idarəetməsinin keyfiyyətcə yeni səviyyəyə keçməsinə xidmət edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində