"Evlilik təklifini özüm etmişəm, hələ cavab verməyib"

14 Fevral 2018 00:45

Müğənni Ayla Çelik həmkarı Metin Arolatın konsertinə yollanıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı gecəyə sevgilisi Barbaros Utku ilə qatılıb. Münasibətlərinin yolunda olduğunu bildirən Ayla evliliklə bağlı suallara səssiz qalıb. Metin isə maraqlı etiraf edib:

"Evlilik təklifini mən özüm etmişəm. Hələ də bir cavab almamışam. Biz evlənəndə sizing də xəbəriniz olacaq, yəqin".

Milli.Az