Reynaldo Qazaxıstan klubunda

13 Fevral 2018 12:25

"Qarabağ"ın sabiq futbolçusu Reynaldo Silva karyerasını Qazaxıstanda davam etdirə bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi hazırda "Aktobe" klubunda baxışdadır. Reynaldo məşqçi heyəti tərəfindən bəyəniləcəyi təqdirdə, onunla müqavilə imzalanacaq.

Qeyd edək ki, Reynaldo bu yaxınlarda transfer olmağa hazırlaşdığı  Slovakiyanın "Spartak Trnava" klubundan ayrılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində