Afrində 1500-ə yaxın terrorçu öldürülüb

13 Fevral 2018 11:32

Türkiyə Baş Qərargahı Suriyanın Afrin bölgəsində aparılan antiterror əməliyyatı ilə bağlı məlumat yayıb.

Milli.Az Yeni Şafak-a istinadla xəbər verir ki, məlumata görə, əməliyyat başlayandan bu vaxtadək ümumilikdə 1439 terrorçu məhv edilib.

Ötən gün PYD, YPG və İŞİD terror təşkilatlarına məxsus obyektlər dağıdılıb, 70 terrorçu zərərsizləşdirilib.

Qeyd edək ki, Türkiyə ordusu yanvarın 20-də Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı "Zeytun budağı" əməliyyatına başlayıb.

Bəxtiyar Umarlı
Milli.Az