Amerikanın "Southwest Airlines" aviaşirkətinə məxsus təyyarənin göyərtəsində yanğın baş verib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, yanğın təyyarə Los-Anceles beynəlxalq aeroportunda uçmamışdan əvvəl baş verib.
Yanğının ehtiyat blokda baş verdiyi bildirilir, bununla əlaqədar dərhal təxliyə qərarı verilib.
Təyyarədə 139 sərnişin və 5 ekipaj üzü olub. Təxliyə zamanı sərnişin və ekipaj üzvlərindən heç kimin xəsarət almadığı bildirilib.
Məlumata görə, təyyarə Los-Ancelesdən San-Xoseyə uçmalı imiş.
Milli.Az