Vergilər naziri sabiq departament direktorunu işə qaytarıb

13 Fevral 2018 11:31

Vergilər naziri Mikayıl Cabbarovun əmri ilə Zaur Fətizadə Vergilər Nazirliyinin Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi Monitorinqi Departamentinin direktoru təyin edilib. 

Milli.Az report-a istinadən xəbər verir ki, o, bir müddət öncə nazirin əmri ilə vəzifəsindən uzaqlaşdırılmışdı.

O, bundan öncə isə qısa müddətdə nazirliyin Milli Gəlirlər Departamentinin rəisi olub, ondan əvvəl isə hazırda təyinat aldığı departamentə rəhbərlik edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində