İstanbulda əməliyyat: narkotacirlər saxlanıldılar

13 Fevral 2018 11:22

İstanbul polisi səhəri əməliyyatla açıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, səhər saatlarından polis narkotacirlərə qarşı genişmiqyaslı əməliyyata start verib.

İstanbul polisinin yaydığı ilkin məlumata görə, əməliyyat nəticəsində 10-dan çox narkotik alverçisi saxlanılıb.

Qeyd edək ki, bundan əvvəl Diyarbəkir vilayətində keçirilən əməliyyatda 1 tondan çox narkotik vasitə müsadirə edilmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində