Masallı polisi 7 il əvvəl itkin düşmüş qadını axtarır

13 Fevral 2018 10:59

Masallı sakini itkin düşüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, rayonun Təklə kəndində doğulmuş, hazırda Xoşçobanlı kəndində qeydiyyatda olan Məmmədova Ramilə Əsədxan qızı 2011-ci ilin oktyabr ayında yaşadığı evdən çıxıb, indiyədək geri qayıtmayıb. Yaxınları əvvəlcə onun Rusiya Federasiyasına getdiyini zənn etsələr də, sonradan belə olmadığı məlum olub.

Ramilə Məmmədovanın əlamətləri belədir: boyu 148 sm, orta bədən quruluşlu. Evdən çıxarkən əynində ağ-qara rəngli ətək, mavi rəngli köynək və qara rəngli yay ayaqqabıları olub.

Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin Masallı Rayon Polis Şöbəsinə 025-215-39-42 şəhər nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində