Avro dəyərdən düşdü
11 Avqust 2011 10:17
Ötən gün Avropa Birliyinin maliyyə bazarı avronun mübadilə kursunun kəskin azalması ilə yekunlaşıb. Anspress-in məlumatına görə, avro dollara nisbətdə 1,42 faiz ucuzlaşıb. Bakı vaxtı ilə saat 01:01-ə olan məlumata görə, Avropa Birliyində 1 avro 1,4187 dollara dollara dəyişdirilib.
Avropa Birliyinin vahid valyutasının dəyərdən düşməsi Fransanın "Société Générale" bankının mümkün iflası ilə bağlı şayiələrdən sonra Avropa bazarlarında yaranmış təşvişlə əlaqələndirilir. Amma bu şayiələrin haradan qaynaqlandığı və birjalarda hansı məqsədlə yayıldığı məlum deyil.
Milli.Az