Rusiyada yanğında azərbaycanlı ailə məhv oldu - ADLAR - YENİLƏNİB - VİDEO - FOTO

13 Fevral 2018 11:27

11:27

Rusiyanın Orenburq şəhərində baş verən güclü yanğın nəticəsində bir ailədən 4 nəfər ölüb, 5 nəfər xəsarət alıb, onların hamısı azərbaycanlı olub.

Milli.Az-ın report-a istinadən məlumatına görə, ilkin məlumatlara əsasən, yanğın zamanı Rusiya və Azərbaycan vətəndaşları - Hətəm Quliyev (1980-ci il təvəllüdlü), Leyla Quliyeva Hətəm qızı (3 yaş), Eysavar Quliyev Hətəm oğlu (6 yaş) və Əmrah (45-46 yaş) ölüb.

Sevinc Quliyeva Zaur qızı (8 yaş), Aytən Quliyeva Eysavar qızı (19 yaş), Sədaqət Quliyeva Eysavar qızı (1992-ci il təvəllüdlü), Sevinc Quliyeva Şiraslan qızı (1969-cu il təvəllüdlü), İzzət Quliyeva (82 yaş) yanıq xəsarətləri alıblar.

Yanğın binanın 9-cu mərtəbəsindəki mənzildə baş verib. İlkin məlumatlara görə, yanğın təxminən 10 kvadratmetr sahəni əhatə edib.

Yanğın məişət zəmnində ailə münaqişəsi nəticəsində baş verib. Sədaqət Quliyeva mənzildə olanların və özünün üstünə benzin tökərək yandırıb.

Şəhərin tibb məntəqəsinə 7 nəfər, o cümlədən 3 azyaşlı uşaq göndərilib. Amma Leyla və Eysavar Quliyevlər xəstəxanaya gedərkən təcili tibbi yardım maşınında keçiniblər. 4 qadın və 8 yaşlı qız uşağı Orenburq şəhər xəstəxanasında ağır vəziyyətdədir.

Sədaqət Quliyevanın bədənin 95%-i yanıb.

Faktla bağlı cinayət işi açılıb.

----------

10:11

Rusiyanın Orenburq şəhərində yanğın nəticəsində azərbaycanlı ailə ölüb.

Milli.Az xəbər verir ki bu barədə APA-ya Orenburqdaki Azerbaycan diasporunun rəhbəri Yaşar Məsimov bildirib.

Məlumata görə, yanğın fevralın 12-si, yerli vaxtla saat 13:54-də Orenburq şəhəri, Salmışskaya küçəsi, ev 58/1-də, 9-cu mərtəbədə qeydə alınıb. Yanğın nəticəsində ikisi uşaq olmaqla 4 nəfər ölüb, 5 nəfər yaralanıb. Hazırda ölənlərdən ikisinin adı məlumdur. Bunlar Namiq Quliyev və onun azyaşlı qızı Leyladır. Əslən Masallı rayonundan olan N.Quliyevin taksi sürücüsü fəaliyyəti ilə məşğul olduğu məlum olub.

Hazırda hadisə yerində istintaq qrupu işləyir, hadisənin səbəbləri araşdırılır. 

Baş verən yanğın nəticəsində azərbaycanlı ailənin ölümü ilə bağlı cinayət işi açılıb.

Rusiya İstintaq Komitəsinin Orenburq vilayəti üzrə istintaq İdarəsindən APA-nın Rusiya bürosuna verilən məlumata görə, faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin  109-cu maddəsinin 3-cü bəndi (səhlənkarlıqdan ölümə səbəb olmaq) əsasında cinayət işi açılıb, araşdırma aparılır.  

İlkin istintaqın versiyasına görə, fevralın 12-də günorta saatlarında Orenburq şəhərinin Salmışskaya küçəsi 58/1 ünvanında yerləşən binanın 9-cu mərtəbəsində yanğın baş verib. Yanğının söndürüldükdən sonra biri 47 yaşlı olmaqla iki kişi cəsədi aşkar edilib. Şəhər xəstəxanasına yanıq xəsarətləri alan 7 nəfər aparılıb. Onlardan 3 nəfəri azyaşlı uşaq olub.  Xəstəxanaya aparılan zaman 3 yaşlı qız uşağı və 6 yaşlı oğlan uşağı təcili tibbi yardım maşınında keçinib. Yanğın nəticəsində xəsarət alan 62, 47 və iki nəfər 20 yaşlarında olan qadınlar və 8 yaşlı qız uşağının vəziyyəti ağır olaraq qalır. Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

"Cinayət işinin araşdırılması çərçivəsində profilaktik sistem orqanlarının vəzifəli şəxslərinin fəaliyyətinə lazımi hüquqi qiymət veriləcək. Eləcə də istintaqla cinayətə yardımçı olan şərait və səbəblər aydınlaşacaq.  Hal-hazırda baş vermiş cinayətin məqamlarının, eləcə də cinayətdə əli olan şəxs və ya şəxslərin müəyyən olunması istiqamətində istintaq hərəkətləri aparılır. Həlak olanların ölüm səbəbinin müəyyən olunması ilə bağlı ekspertizalar təyin olunub" - ,deyə İstintaq Komitəsindən bildirilib.

Qeyd edək ki, yanğın nəticəsində ölənlərdən yalnız iki nəfərin adı məlumdur. Onlar Namiq Quliyev və onun 3 yaşlı qızı Leyladır.

Orenburqdakı Azərbaycan icmasından sözügedən sayta verilən məlumata görə, yanğın zamanı evdə iki ailənin olduğu bildirilib. İlkin ehtimallara görə, yanğını Namiq Quliyevin ikinci həyat yoldaşı törədib. Ailə münaqişəsi zəminində baş verən mübahisə zamanı N. Quliyevin ikinci həyat yoldaşı evə benzin tökərək yandırıb. Nəticədə N. Quliyev, onun iki azyaşlı övladı (3 yaşlı qız və 6 yaşlı oğlan) və şəxsiyyəti hələlik müəyyən olmayan bir kişi ölüblər, 5 nəfər isə yaralanıb. Yanğını törətdiyi ehtimal olunan qadın isə hazırda xəstəxanadadır. Onun vəziyyətinin ağır olduğu bildirilir.   

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Rusiyada azərbaycanlı ailənin 4 üzvü yanaraq öldü

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində