Yeni komandasında cəmi 4 dəqiqə oynaya bildi

13 Fevral 2018 10:00

Daniel Staric "Vest Bromviç Albion" forması ilə keçmiş komandası "Çelsi"yə qarşı matça çıxıb.

Milli.Az xəbər verir ki, Staric oyunda çox qala bilməyib. O, 4-cü dəqiqədə əvəzlənib. Buna səbəb isə futbolçunun zədələnməsi olub.

Daniel topu Sezar Aspilikuetadan gizlətməyə çalışan zaman əzələsini dartıb.

İngilis futbolçunun keçəcəyi tibbi müayinədən sonra zədəsinin nə dərəcədə ciddi olduğu məlum olacaq.

Staric "Vest Bromviç"ə qış transfer pəncərəsində "Liverpul"dan icarə əsasında keçib.

Qeyd edək ki, Staricin əvvəlki komandasında da yerini itirməsinin əsas səbəblərindən biri zədələnməsi idi.

Kamil Abbas
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində