"Qaret Beyl də Neymar qədər dəyərlidi"

13 Fevral 2018 09:56

Futbol üzrə Uels yığmasının və İspaniyanın "Real" klubunun hücumçusu Qaret Beylin agenti Conatan Barnett müştərisinin Madrid təmsilçisindən ayrılacağı barədə ehtimalları şərh edib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, o, Beylin "Real"da xoşbəxt olduğunu və başqa kluba getməyə hazırlaşmadığını bildirib:

"Fikrimcə, Qaret də Neymar qədər dəyərlidi. O, "Real"ı sevir və bu klubdan ayrılmaq istəmir. Beylə Ronaldunun "Real"ı tərk etməsi heç də lazım deyil. O, onsuz da, klubun əsas ulduzlarından biri hesab edilir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində