Yazıçı Ələviyyə Babayevanın 90 illiyinə həsr edilmiş sərgi açılacaq

11 Avqust 2011 09:43
Avqustun 12-də Nəsimi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialında - A.S.Puşkin adına kütləvi kitabxanada yazıçı, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar mədəniyyət işçisi Ələviyyə Babayevanın 90 illiyinə həsr olunmuş sərgi keçiriləcək.

Kitabxanadan AzərTAc-a bildirmişlər ki, sərgidə yazıçının kitabları nümayiş etdiriləcək.
Sərgi zamanı oxucular Ələviyyə Babayevanın zəngin yaradıcılığı, əsərləri haqqında ətraflı məlumat əldə edəcəklər.

Milli.Az