Ac kəndlilər iki pitonu tutub yedilər - VİDEO - FOTO

13 Fevral 2018 14:24

Ac kəndlilər meşəlikdə iki pitonu tutaraq yeyiblər.

Milli.Az AsiaOne-a istinadən bildirir ki, olay Malaziyanın Borneo adasında, Saravak bölgəsindəki Bintulu kəndində yaşanıb.

Kəndlilər cəngəllikdə bir-birinə sarılmış erkək və dişi pitonları görüblər. Dişi pitonun uzunluğu 6 metr idi.

4 kəndli meşənin kənarı ilə gedəndə qəflətən səs eşidiblər. Həmin səs quruyub yerə düşmüş ağacın koğuşunda sarılmış ilanların qıvrıltısı idi.

İlanları güllələyən kəndlilər nəhəng pitonları kəndə aparıblar.

İlanları ilk görən 0 yaşlı Tinsund Ujanqın dediyinə görə, piton əti yerlilər üçün delikatesdir: "Ağacın koğuşunda ilanları görəndə təəccübləndim. Onlar sürünüb qaçmaq fikrində deyildilər. Benzin mühərrikli mişarla ağacı kəsdik, sonra ilanları güllələdik".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Ac kəndlilər iki pitonu tutub yedilər

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində