Qonşular 2 yaşlı uşağı xilas etdilər - VİDEO - FOTO

13 Fevral 2018 15:09

Türkiyənin İstanbul şəhərinin Kağıtzhane səmtindəki üçmərtəbəli binanın sakinləri 2 yaşlı oğlanı ölümdən xilas ediblər.

Milli.Az European-a istinadən bildirir ki, binanın ikinci mərtəbəsində yaşayan ailənin sonbeşiyi otaqda anasının olmamasından "istifadə edib" pəncərəyə dırmaşıb.

Daha sonra o, pəncərədən tutaraq çölə sallanıb.

Bunu görən qonşular dərhal pəncərənin altına qaçıblar. Kimsə adyal gətirib və onlar adyalı dartıblar.

Pəncərədən sallaşmış uşaq da dartılı adyala düşüb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Прохожие чудом спасли выпавшего из окна ребенка

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində