Peris mahnısını soyunub reklam etdi - FOTO

13 Fevral 2018 15:23

Dünyanın ən məşhur qlamur ulduzlarından biri, amerikalı Peris Hilton sosial şəbəkələrdə yeni "I Need You" adlı mahnısının tanıtımını davam etdirir.

Milli.Az TMZ-yə istinnadən bildirir ki, 35 yaşlı ulduz İnstagram-dakı profilində çılpaq fotolarını paylaşaraq "İki gün qaldı" yazıb.

Fotolarda yüzlərlə al qızılgülün içində uzanaraq "American Beaty" filmindəki kadrı təkrarlayan P.Hilton var.

Sabah rəsmi təqdimatı olacaq "I Need You" mahnısı P.Hiltonun təqribən 12 illik fasilədən sonra ilk ifasıdır. Perisin bu mahnını nişanlısı Kris Zilkaya həsr etdiyi vurğulanır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində