Meksikada narkomafiya baş prokurorluğun əməkdaşlarını oğurladı

13 Fevral 2018 08:08

Meksikada "Xalisko" narkokartelinin üzvləri ölkənin baş prokurorluğunun iki əməkdaşını oğurlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, cinayətkarlar oğurlanmış şəxslərin videogörüntülərini sosial şəbəkələrdə yerləşdirib.

Baş prokurorluq əməkdaşlarının yoxa çıxması faktını təsdiq edib. Qurumun müvafiq bəyanatında onların fevralın 5-də Nayarit ştatında itkin düşdüyü bildirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində