WhatsApp-da yeni rekord

13 Fevral 2018 08:23

1 milyarda yaxın insan WhatsApp vasitəsi ilə gün ərzində 55 milyard mesaj göndərir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "WhatsApp" şirkətinin vitse-prezidenti Nirac Arora Dubayda keçirilən beynəlxalq konfrasda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, WhatsApp-ın populyarlığı bu proqramın etibarlılığı və sadəliyi ilə bağlıdır.

Arora xatırladıb ki, WhatsApp istifadəçilər arasındakı ünsiyyəti "end-to-end " üsulu ilə şifrələyir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində