Xalq artistindən efirdə makiyajını sildirən Zaura cavab: "Mənim yerimə hansı məşhur olsaydı..." - FOTO

13 Fevral 2018 09:55

Xalq artisti Gülyanaq Məmmədova "5/5" verilişinin qonağı olub.

Teleaparıcı Zaur Kamal xalq artistindən makiyajını silməsini xahiş edib. Bu halı tamaşaçılar teleaparıcı tərəfindən xalq artistinə hörmətsizlik kimi qəbul ediblər.

Milli.Az-a açıqlama verən Gülyanaq Məmmədova baş verənlərə aydınlıq gətirib:

"Dünən yayımlanan "5/5" verilişindən sonra, təbii ki, mənə də çox zəng gəldi. Sual verirlər ki, niyə Zaur makiyajınızı sildirdi? Niyə siz sildiniz? Bu tip suallar həddindən artıq çoxdur. Heç kim nə Zauru, nə də məni qınamasın. Bu, bir şou proqramdır. İnsan necə varsa, elə görünməkdən utanmamalıdır. O demək deyil ki, qadınlar makiyajsız çirkin olur. Mənə görə qadınlar doğulan gündən gözəldir. Məxsusi olaraq da azərbaycanlı xanımlar.

Sadəcə, Zaur bəy xahiş etdi və mən də çəkinmədən makiyajımı sildim. Mənim yerimdə hansı məşhur olsaydı, bilmirəm silərdi, ya yox, amma mən çəkinmədən sildim. Çünki üzümdə bir qüsur, yaxud da uğursuz əməliyyatların nişanəsi yoxdur. Ümumiyyətlə, mən gündəlik həyatımda qətiyyən makiyajdan istifadə etmirəm. Bunu hətta məhəlləmizdəki market satıcıları da bilir və görür. Mən yalnız toya və efirə gedəndə makiyajdan istifadə edirəm. Hətta məni makiyajsız görənlər bildirirlər ki, efirdəkindən daha incə və gözəl görünürsən".

Qeyd edək ki, dünən "5/5" verilişinin aparıcısı Zaur Kamal xalq artistinin makiyajını sildirmişdi. Bu hal tamaşaçılar və müğənnini sevənlər tərəfindən birmənalı qarşılanmamışdı.

Gülyanaq Məmmədova, həmçinin Milli.Az-a makiyajsız fotolarını təqdim edib.

Əli Rəhimoğlu
Milli.Az