"Havuç" seriala qayıdır

12 Fevral 2018 23:51

"Kanal D"də yayımlanan "Çocuklar duymasın" serialının heyətinə daha bir aktyor daxil olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, daha əvvəlki seriyalarda "Havuç" obrazı ilə tanınan aktyor Furkan Kızılay yenidən layihədə yer alacaq. Bu barədə serialın prodüseri və ssenaristi Birol Güven Tvitterdə yazıb: 

"Havuç evə qayıdır. "Çocuklar duymasın"da Havuçlu günlər başlayır".

Milli.Az