Nobel sülh mükafatı üçün maraqlı təklif

12 Fevral 2018 22:37

Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, xokkey üzrə Olimpiya çempionu Anjela Ruqqyero qadın xokkeyçilərdən ibarət birləşmiş Koreya yığmasına Nobel sülh mükafatının təqdim olunmasını təklif edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, xokkeyçi deyib: "Mən çox istərdim ki, komanda Nobel sülh mükafatı alsın. Onların atdıqları addımı qeyd etmək lazımdır".

Xatırladaq ki, Koreya 1953-cü ildə parçalandıqdan sonra Cənubi Koreya və Şimali Koreya arasında diplomatik münasibətlərin olmamasına baxmayaraq, bu ölkələr Pxençxanda Qış Olimpiya Oyunlarında qadın xokkeyçilərdən ibarət vahid komanda ilə təmsil olunublar.

Milli.Az