Ağdamda ev yandı

12 Fevral 2018 20:42

Ağdamda yanğın olub.

Milli.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Quzanlı qəsəbəsində ümumi sahəsi 56 kv.m olan birmərtəbəli 2 otaqlı evin dam örtüyü və bir otağının yanar konstruksiyaları 28 kv.m sahədə yanıb.

Evin qalan hissəsi və ev əşyaları yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Milli.Az