Azərbaycanlı aktrisa Antonio Banderasla tərəf müqabili olacaq

12 Fevral 2018 19:57

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəzrin Cavadzadə dünya şöhrətli aktyor Antonio Banderasla eyni filmdə rol alacaq.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa artıq Hollivud-İspaniya ortaq layihəsi olan filmin sınaq çəkilişlərinə qatılıb.

Qeyd edək ki, N.Cavadzadə bundan əvvəl ispan rejissor Pedro Almadovarın prodüserlik etdiyi "El Desentierro" filmində oynayıb və bununla İspaniyada şöhrət qazanıb.

"El Desentierro" filmi 2018-ci ilin sonunda nümayiş olunacaq. 

Milli.Az