"ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona bu dəfəki səfərinin əvvəlkilərdən fərqi o idi ki, bu dəfə onların arasında amerikalı diplomat Endryu Şofer də vardı.
Bundan başqa, vasitəçilərin bu dəfəki səfəri 1-2 gün yox, 5 gün davam etdi. Onlar qaçqın və məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yaşayış məntəqələrinə baş çəkdilər.
Digər məqam odur ki, onlar İrəvandan sonra Ermənistanın işğal altında olan Azərbaycan ərazilərinə - Dağlıq Qarabağa, Xankəndinə, eləcə də Kəlbəcər, Qubadlı, Zəngilan, Ağdam və Laçına da getdilər.
Bütün bunlar göstərir ki, həmsədrlər münaqişə ilə bağlı, o cümlədən işğal altındakı torpaqlardakı vəziyyəti yerindəcə öyrənmək və onu daha dərindən təhlil etmək istəyirlər".
Bunu Milli.Az-a "Baku International Policy and Security Network" Ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, professor Elxan Ələsgərov ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona son səfərini şərh edərkən bildirib.
ATƏT-in Minsk qrupunun həmsədrlərindən ÇAĞIRIŞ
Ermənistan və Azərbaycan razılığa gəlib - Seçkilərdən sonra danışıqlar davam etdiriləcək
Qeyd edək ki, 1988-ci ilin fevralında Azərbaycana ərazi iddiaları ilə çıxış etməsindən sonra Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağ və ona bitişik yeddi rayon daxil olmaqla Azərbaycan ərazilərinin 20 faizini hərbi yolla işğal edib. Vasitəçilərin müdaxiləsindən sonra 1994-cü ilin mayında Bişkek protokolu ilə tərəflər arasında atəşkəs rejiminə dair nail olunsa da, bu sadəcə nisbi xarakter daşıyır. Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə münaqişənin sülh yolu ilə həll olunması uğrunda aparılan 25 ildir davam edən danışıqlar isə hələlik heç bir nəticə vermir. ATƏT-in Minsk qrupunun həmsədrləri hazırda Fransadan Stefan Viskonti, Rusiyadan İqor Popov (Rusiya) və ABŞ-dan Endryu Şoferdir.
Qeyd: Analoji mövzularla bağlı geniş məlumatları http://bakunetwork.com, Facebook, Twitter və Youtube resurslarından da əldə etmək mümkündür.
İlkin İzzət
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində