Arzu Rəhimov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

12 Fevral 2018 18:14

Prezident İlham Əliyev Arzu Rəhimovun 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda qeyd edilir ki, Azərbaycan dövlətçiliyinə sadiqlik göstərərək vəzifə borcunu ləyaqətlə və yüksək peşəkarlıqla yerinə yetirdiyinə görə Arzu Yusif oğlu Rəhimov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin.

Milli.Az