Mingəçevirdə manyak peyda olub? - DİN-dən rəsmi açıqlama

12 Fevral 2018 17:50

Bəzi xəbər saytlarında Mingəçevir şəhərində manyakın peyda olduğu və gənc qadınlara yaxınlaşaraq onları qorxutması barədə məlumatlar yer alıb. Dərc olunan xəbərdə bir qızın manyak tərəfindən qorxudulduğu və daha sonra qaçaraq gözdən itdiyi bildirilir.

Azərbaycanda manyak peyda oldu

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən verilən məlumata görə, bu hadisə ilə bağlı Mingəçevir Şəhər Polis Şöbəsinə hər hansı şikayət və yaxud müraciət daxil olmayıb. Şəhər ərazisində vətəndaşların hüquq və azadlıqları təmin olunur, sabitlik yüksək səviyyədə qorunur:

"Bir daha bildiririk ki, yayılan xəbərlər həqiqəti əks etdirmir. Sakinlərdən  və şəhərin qonaqlarından hər hansı bir xoşagəlməz halla rastlaşdıqları təqdirdə Mingəçevir ŞPŞ-yə və ya DİN-in "102 Zəng Mərkəzi"xidmətinə müraciət etmələri, bu barədə müvafiq məlumat vermələri xahiş olunur".

Pünhan Mirzə

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində