Astarada AĞIR QƏZA: ölənlər var - FOTO

12 Fevral 2018 18:01

Astarada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi  baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, "VAZ 2106" və "VAZ 2107" markalı avtomobillərin toqquşması nəticəsində 1964-cü il təvəllüdlü Cabbar Nəsirov, Abbas Məhəmməd oğlu Fərziyev və Rasim Vaqif oğlu Məmmədov xəsarət alıb.

C. Nəsirov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılarkən yolda dünyasını dəyişib. Abbas Məhəmməd oğlu Fərziyev və Rasim Vaqif oğlu Məmmədov isə xəstəxanaya yerləşdirilib. R. Məmmədov bir qədər sonra xəstəxanada vəfat edib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində