Avstriyada qatarlar toqquşdu - Ölən və yaralananlar var

12 Fevral 2018 17:27

Avstriyanın Ştiriya federal torpağında iki sərnişin qatarı toqquşub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı bir nəfər həlak olub, 20-yə yaxın şəxs xəsarət alıb.

Qeyd olunur ki, qəza Niklasdorf yarmarka şəhərciyinin vağzalında qeydə alınıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Hazırda hadisənin səbəbləri araşdırılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində