Oğlu Brilliant Dadaşovanın ona qoyduğu qadağalardan danışdı

12 Fevral 2018 19:06

Xalq artisti Brilliant Dadaşova oğlu Cahadla birlikdə kamera qarşısına keçib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Cahad "Xəzər maqazin"ə açıqlamasında anasının ona qoyduğu qadağalardan danışıb:

"Evə gec gəlmək olmaz. Ayrı evimiz var, amma tək qalmağa qoymur. Anam mənə yemək bişirmir".

B.Dadaşova isə oğluna "Yemək bişirməyin də öz mütəxəssisləri var. Mən studiyaya gedim, mahnı oxuyum, yoxsa yemək bişirim? Mən oxuyaram, mütəxəssis də yemək bişirər" cavabını verib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində