"Azərbaycanın milli naxış və ornamentləri" uşaq moda müsabiqəsi keçirildi - FOTO

12 Fevral 2018 19:22

Art Production Bakı Pullman hotelində Azərbaycanın milli naxış və ornamentləri mövzusuna toxunaraq milli uşaq moda müsabiqəsini həyata keçirdi. Tədbirdə 5 - 15 yaş arası 30 model iştirak etmişdir. Tədbirdə iştirak edən 30 uşağın geyimləri 15 gənc modelyerlər tərəfindən hazırlanıb tamaşaçılara və münsiflər heyyətinə təqdim olundu. Münsiflər heyətində Elza Seyidcahan,Vüqar Kamiloğlu,Vüqar Əbdülov, Ramina Abbasova, Roza Zərgərli, Ədalət Şükürov və Fəxriyyə Xələfova iştirak etmişdir. Müsabiqənin qalibləri 6 model münsiflər heyəti tərəfindən və 3 model isə tamaşaçıların səsi ilə təyin edildi.

Münsiflər heyəti tərəfindən seçilən qaliblər:

1 - ci yer qızlar arası - Muradova Lalə modelyeri Əliyeva Günel
2 - ci yer qızlar arası - Zaman Feyziran modelyeri Cəfərova Samirə
3 - cü yer - Həsənli Səminə modelyeri Həsənzadə Xumar
1 - ci yer oğlanlar arası - Quliyev Amin modelyeri Cəfərova Samirə
2 - ci yer oğlanlar arası - Abiyev Ruslan modelyeri Ramazanova Yaylagül
3 - cü yer oglanlar arası - Quliyev Arif modelyeri Cəfərova Samirə

Tamaşaçılar tərəfindən seçilən qaliblər:

1 - ci yer Vaqif Səfərov modelyeri Səfərova Sevinc
2- ci yer Mirzəzadə Ayxan modelyeri Həsənzadə Xumar
3 - cü yer Zülfüqarova Məlahət modelyeri Aslanova Günay

İnformasiya dəstəyi -  Trend.az, Day.az, Milli.az, Azernews.az

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində