Baş nazir: "Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə həll oluna bilər"

12 Fevral 2018 14:43

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə həll oluna bilər.

Milli.Az xəbər verir ki, bunu Trend-ə müsahibəsində Bolqarıstanın Baş naziri Boyko Borisov deyib.

Baş nazir qeyd edib ki, Dağlıq Qarabağdakı münaqişənin hərbi həll yolu yoxdur və yalnız siyasi nizamlama vasitəsilə həll olunmalıdır.

B.Borisov bildirib: "Bolqarıstanın prinsipial mövqeyi ondan ibarətdir ki, münaqişə yalnız danışıqlar yolu ilə və Avropa İttifaqının köməyi ilə ATƏT-in Minsk qrupunun və onun həmsədrlərinin vasitəçiliyilə, eləcə də Azərbaycan və Ermənistan rəhbərlərinin aktiv dialoqu yolu ilə həll oluna bilər".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində