"Messinin paltardəyişmə otağında ağladığını gördüm"

12 Fevral 2018 20:07

"Mançester Yunayted"in hücumçusu Aleksis Sançez futbolçu həyatının xüsusiyyətindən danıışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, çilili ulduz 2012-ci il Çempionlar Liqasının yarımfinal matçından sonra Messinin düşdüyü vəziyyəti xatırlayıb. Argentinalı futbolçu həmin oyunda penaltini dəqiq yerinə yetirməmişdi.

"Futbol bir çox insanları xilas edir. O, həyata dəbdəbə gətirə bilər. Amma çoxları meydandan kənarda çəkilən zəhməti görmür. Ailə üzvləri, ana və övladlarının ad günündə iştirak etməyə bilərsən. Futbolçu finalda məğlub olsa, ağlaya bilər. "Çelsi" ilə yarımfinal matçından sonra Messinin paltardəyişmə otağında ağladığını gördüm. Çünki belə futbolçular özlərinə qarşı tələbkardır. Bəzən insanlar bizi təkəbbürlü hesab edir. Bahalı maşın alanda lovğalanmaq istədiyini düşünürlər. Zaman-zaman qazandığım təcrübə sayəsində çox şey öyrəndim. Hamını razı salmaq olmur. Həmişə narazı qalan 1-2 nəfər tapılır. Mən futbolu sevirəm. İşim xoşuma gəlir. Sadəcə xoşbəxt olmağa çalışıram".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində