"Moody's" 2018-ci ildə Azərbaycan iqtisadiyyatının artacağını gözləyir

12 Fevral 2018 14:01

2018-ci ildə Azərbaycanda ümumi daxili məhsul 1,5 faiz arta bilər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, "Moody's" beynəlxalq reytinq agentliyinin analitikləri belə hesab edirlər.

"İqtisadi diversifikasiyanın perspektivləri" adlı sənəddə qeyd olunur ki, bu il Azərbaycanda tədiyyə balansı ÜDM-in 1%-i olmaqla profisitlə icra olunacaq. Bununla yanaşı, tədiyə balansının profisiti dövlət borcunun sabitləşməsinə imkan verəcək.

Bildirilir ki, 2017-ci ilin əvvəlində neftin qiymətinin artması Azərbaycan iqtisadiyyatının sabitləşməsinə dəstək verdi: "Neftin 65-70 dollar-barel səviyyəsində olan cari qiyməti Azərbaycanın iqtisadi inkişafına dəstək verəcək".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində