Qəzanın baş verdiyi ərazidə 200-dən artıq insan bədəni hissələri tapılıb

12 Fevral 2018 14:00

Təyyarə qəzasının baş verdiyi ərazidə 200-dən artıq insan bədəni hissələri tapılıb.

Milli.Az Sputniknews-a istinadla xəbər verir ki, bu barədə məlumat  Rusiya Fövqəladə Hallar Nazirliyindən verilib.

Moskva-Orsk reysini həyata keçirən "Saratov Hava Yolları"na məxsus sərnişin təyyarəsi "Domodedovo" hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra Moskva yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 65 sərnişin və 6 heyət üzvü olub. Qəzaya uğrayan "An-148" təyyarəsində sağ qalan yoxdur. Təyyarədə olan 65 sərnişin arasında bir azərbaycanlı da olub.

Bəxtiyar Umarlı
Milli.Az