Rusiya, İran və Türkiyə Suriya məsələsini müzakirə edəcək

12 Fevral 2018 13:25

Suriya böhranı ilə bağlı keçiriləcək Astana sammitinin növbəti görüşləri mart ayında baş tuta bilər.

Milli.Az Sputniknews-a istinadla xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər nazirinin müavini Mixail Boqdanov deyib.

O bildirib ki, mart ayında planlanan görüşdə Rusiya, İran və Türkiyə xarici işlər nazirləri iştirak edəcək.

Bəxtiyar Umarlı
Milli.Az