Bakıda xəstəxanadan qaçan şəxs yoxa çıxıb

12 Fevral 2018 13:24

Bakıda xəstəxanadan qaçan şəxs itkin düşüb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasında qeydə alınıb.

Məlumata görə, orada müalicə olunan 1987-ci il təvəllüdlü Cəfərov Nizami xəstəxanadan qaçıb və itkin düşüb.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində