Bayılda evi torpaq altında qalan sakin: "Eldar Əzizov bizdən vaxt istədi"

12 Fevral 2018 13:15

Bayıldakı sürüşmədən sonra Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov əraziyə gəldi, bizimlə danışdı. Amma Eldar Əzizov kompensasiya ilə bağlı konkret vəd vermədi.

Milli.Az xəbər verir ki, bunu report-a Bayıl qəsəbəsində sürüşmə zonası zamanı evi torpağın altında qalan Telman Aslanov deyib.

"İcra başçısı bizdən bir neçə gün vaxt istədi, dəymiş ziyanla bağlı məsələyə baxılacağını söylədi", -  T.Aslanov bildirib.

O qeyd edib ki, sürüşmə zamanı evdə olmayıblar: "Evdəki bütün əşyalar sürüşmə nəticəsində damın altında qaldı. Neçə min manatlıq mebelim dağıldı".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində