Tanımadığı kişiləri qucaqlamaqla pul qazanır - FOTO

12 Fevral 2018 22:28

ABŞ-ın Texas ştatında yaşayan Canet Trevito adlı həkim qəribə işlə məşğuldur.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 37 yaşlı qadın tanımadığı kişiləri qucaqlayaraq onları həm sakitləşdirir, həm də bununla pul qazanır.

Canet bildirib ki, müştəriləri 40-70 yaşları arasındadır. Onu qucaqlayanlardan biri sosial şəbəkədə yazıb ki, özünü bir qadın tərəfindən bu qədər yaxın hiss etməmişdi.

Trevito həftədə vaxtının 13-20 saatını insanları qucaqlamağa sərf edir.

Milli.Az