Qəfildən ölən tanınmış aparıcının cəsədi ekspertizaya aparıldı - YENİLƏNİB - FOTO

12 Fevral 2018 13:36

13:36

"İctimai" TV-də uşaq verilişlərinin aparıcısı Kamran İsrafilov dünyasını dəyişib.

Milli.Az bildirir ki, yaxınları yenicag.az-a bildirib ki, Kamranın səhər saatlarında anidən halı pisləşib:

"Təcili yardım maşını çağrılsa da, gec olub. Qardaşı xaricdə yaşayır, ona da xəbər verdik. Gəlir, yoldadır. Anası da ağır xəstədir, bu itkiyə necə tab gətirəcək bilmirik".

Qeyd edək ki, Kamranın 8 yaşlı bir oğlu var.

Dəfn mərasimi sabah baş tutacaq. Mərhum Şüvəlan qəbiristanlığında dəfn olunacaq.

K.İsrafilov Mərdəkan Mədəniyyət Sarayının bədii rəhbəri idi. İTV-də uşaq və digər verilişlərdə aparıcı olub. 2016-cı ildən Mərdəkan Mədəniyyət Sarayının bədii rəhbəri təyin edilib.

P.S. Aldığımız məlumata görə, bu dəqiqələrdə mərhumun cəsədi ekspertiza olunmaq üçün  evindən aparılıb.

----------
12:22

"İctimai" TV-də uşaq verilişlərinin aparıcısı Kamran İsrafilov dünyasını dəyişib.

Milli.Az bildirir ki, oxu.az-a bu barədə Mərdəkan Mədəniyyət Sarayından məlumat verilib.

Qeyd edək ki, Mərdəkan Mədəniyyət Sarayının bədii rəhbəri idi. İTV-də uşaq və digər verilişlərdə aparıcı olub. 2016-cı ildən Mərdəkan Mədəniyyət Sarayının bədii rəhbəri təyin edilib.

Milli.Az