Türkiyənin axtarışa verdiyi şəxs Bakı hava limanında tutuldu

12 Fevral 2018 13:35

Türkiyə dövlətinin axtarışa verdiyi şəxs Azərbaycanda saxlanılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, Türkiyə ərazisində zorlama və seksual zorakılıq hərəkətləri etdiyinə görə həmin dövlətin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə axtarışda olan 1959-cu il təvəllüdlü Türkiyə vətəndaşı Ertekin İsmayıl Sönmez Heydər Əliyev adına Hava Limanında Bakı-Tbilisi reysi ilə Gürcüstana qaçmaq istəyən zaman tutulub.

Saxlanılan şəxsin Türkiyəyə ekstardisiya ediləcəyi gözlənilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində