Azərbaycan Prezidenti Dominika Birliyinin Baş nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
10 Avqust 2011 18:17
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Dominika Birliyinin Baş naziri Ruzvelt Skerritin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə qarşılıqlı əlaqələrin genişləndirilməsində ölkələrimizin maraqlı olduğu qeyd edildi, siyasi, iqtisadi və digər sahələrdə münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
AzərTAc