"Bir gün boşanma, bir gün barışma xəbəri çıxır" - Natavana söz atdı

12 Fevral 2018 12:45

Müğənni Nura Suri Natavan Həbibi haqda qalmaqallı açıqlama verib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "ATV maqazin onlarla" verilişində Natavanın şəxsi həyatından danışıb. Nura bildirib ki, bu evlilik müğənniyə heç düşərli olmayıb:

"Son vaxtlar xasiyyətini sevmirəm. Natavan çox aqressivləşib. Heç ona yaraşdırmadım. Ötən dəfə verilişdə hər şeyi sakit deyə bilərdi. Hər şeyi elə əsəbi deyir ki... Bu evlilik ona düşmədi. Başa düşürəm, sevdi, amma bu sevgidə əsəbləri pozulub. O qədər dava edirlər ki... Bir gün deyirlər, ayrılıb, bir gün deyirlər, barışıb. Bütün bunlar ona mənfi təsir göstərir. Yəqin Uitni Hyuston kimi olmaz. O, Bobbi Braunla evlənəndə elə ifa edirdi ki... Sonra o sevgi onu hara qədər endirdi. Natavandan uzaq. Elə olma Nata".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində