Azər Axşam xaricdə yaşayan oğlundan danışdı: “Deyirəm, "müsəlman qızı ilə evlən"”

12 Fevral 2018 12:27

Tanınan teleaparıcı Azər Axşam tədbirlərin birində xaricdə yaşayan oğlu Cavidandan danışıb.

Milli.Az xəbər verir ki, yenicag.az-a açıqlama verən aparıcı oğlunu evləndirərkən seçiminə müdaxilə etməyəcəyini bildirib:

"Oğlum xaricdə yaşayır. Artıq 21 yaşı var, bu gün-sabah evlənib, ailə-uşaq sahibi olacaq. Onun ya əcnəbi, ya da azərbaycanlı qızla evlənməsinin mənim üçün heç bir fərqi yoxdur. Əsas odur ki, sevib-seçsin və ürəyi istəyən qızla evlənsin. Sadəcə olaraq, həmişə deyirəm ki, "çalış, evlənəcəyin qız müsəlman olsun"".

Aparıcı oğlu ilə oxşar cəhətlərindən də danışıb:

"Mən də onun kimi 20 yaşımdan öz zəhmətim hesabına pul qazanmışam. Oğlum da işgüzarlıqda mənə oxşayıb, tənbəl deyil. Uşaq olanda, onu tez-tez danlayırdım, indi yekə kişidir, nəyin doğru, nəyin yanlış olduğunu gözəl bilir. O, anası ilə birgə yaşayır. Lazım olanda, anası sözünü deyir. Vaxtaşırı onunla "skayp"la danışıram".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində