Ötən gün Afrində 103 terrorçu öldürülüb

12 Fevral 2018 11:45

Türkiyə Baş Qərargahı Suriyanın Afrin bölgəsində aparılan antiterror əməliyyatı ilə bağlı məlumat yayıb.

Milli.Az Yeni Şafak-a istinadla xəbər verir ki, məlumata görə, əməliyyat başlayandan bu vaxtadək ümumilikdə 1369 terrorçu məhv edilib.

Ötən gün PYD, YPG və İŞİD terror təşkilatlarına məxsus obyektlər dağıdılıb, 103 terrorçu zərərsizləşdirilib.

Qeyd edək ki, Türkiyə ordusu yanvarın 20-də Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı "Zeytun budağı" əməliyyatına başlayıb.

Bəxtiyar Umarlı
Milli.Az