Masazırda intihar
29 Mart 2010 10:35
Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, Masazır qəsəbəsində yaşayan Yardımlı rayonu Kürəkçi kənd sakini 34 yaşlı Eldəniz Əkbərov özünü asıb. Onun meyiti gecə saatlarında yaşadığı evdə asılmış vəziyyətdə aşkar edilib.
E.Əkbərov fəhləliklə məşğul olurmuş. Mərhumun özünə qəsd etməsinin dəqiq səbəbləri məlum olmasa da, onun uzun müddət şizofreniya xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Anar Məmmədov
Milli.Az