Futzal millimiz neçənci pillədədir? - Dünya reytinqi

12 Fevral 2018 12:00

Avropa çempionatının final mərhələsi başa çatdıqdan sonra futzal üzrə milli komandaların növbəti reytinq siyahısı açıqlanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, millimizin mövqeyində dəyişiklik olmayıb. Yığmamız yenə 10-cu pillədə qərarlaşıb.

Avro-2018-də 1 qələbə qazanıb, 2 məğlubiyyət alan Joze Alesionun komandası 14 xal itirib. Artıq yığmamızın 1454 yox, 1440 xalı var.

İlk "onluq"

1. Braziliya - 1935
2. İspaniya - 1807
3. Rusiya - 1700
4. Portuqaliya - 1692
5. Argentina - 1691
6. İran - 1654
7. İtaliya - 1552
8. Qazaxıstan - 1532
9. Ukrayna - 1482
10. Azərbaycan - 1440

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində