Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - icra katibi Əli Əhmədov aprelin 11-də ölkədə keçiriləcək prezident seçkilərində YAP-ın səlahiyyətli nümayəndəsi təyin edilib.
Milli.Az xəbər verir ki, partiyadan Trend-ə verilən məlumata görə, Ə.Əhmədov Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, fevralın 12-dən aprelin 11-nə qədər Baş nazirin müavini dövləti vəzifəsində ödənişsiz məzuniyyətə çıxıb.
Milli.Az