Messi favoritini açıqladı: "Ən yaxşılar Mançester Siti və PSJ-dir"

12 Fevral 2018 09:35

"Barselona"nın hücumçusu Lionel Messi Çempionlar Liqasında qələbə uğrunda mübarizədə "Mançester Siti" və PSJ-ni Kataloniya klubu üçün əsas rəqib adlandırıb.

Milli.Az report-a istinadən xəbər verir ki, onun sözlərini "Mirror" sitat gətirir.

"Mançester Siti" PSJ kimi ən güclü komandalardan biridir. Mən, eləcə də, keyfiyyət və təcrübə baxımından "Real"ı da istisna etmirəm, baxmayaraq ki, onlar gözlənilən nəticəyə nail ola bilməyiblər.

Bir də "Bavariya" var - sona qədər oynayacaq başqa bir əla komanda. Lakin bu gün ən yaxşılar "Mançester Siti" və PSJ-dir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində