Bahalaşma və qıtlığın bəlası: pullardan çanta toxuyur - FOTO

12 Fevral 2018 13:04

Adamlar az qalırlar pullarını küçəyə atsınlar. Pul indi adi kağız parçasına çevrilib.

Küçə ticarətçisi Vilmar Rohas belə deyir. O, əskinaslardan çantalar hörərək satır.

Milli.Az El Mundo-ya istinadən bildirir ki, ən zəngin neft ehtiyatlarına malik Venesuela çox ağır maliyyə-iqtisadi böhrandadır. Dünya bazarlarında xam neft ucuzlaşandan sonra Venesualanın iqtisadiyyatı da çöküb. Ölkənin dövlət bödcəsinin gəlirlərinin tam əksəriyyəti neft satışlarından əldə olunan pullar idi.

Venesuelada bahalaşma səngimək bilmir. İnflyasiya 13000 faizə çatıb.

Milli valyuta bolivar isə üzüaşağı hərəkətini davam etdirdiyindən əskinaslar adi kağıza çevrilməkdədir.

Vilmar Rohas bolivarlardan çantalar və səbətlər  toxuyursa, onun "həmkar"ları əskinaslardan papaqlar və aksessuarlar, habelə oyun kartları və komikslər hazırlayırlar.

"Bolivarlardan istifadə etmək yaxşıdır. Çünki karton və ya kağızdan fərqli olaraq, bolivar əskinasları eyni ölçüddərir. Pul o qədər qiymətdən düşüb ki, 2, 5 və ya 10 bolivarlıq əskinasa heç konfetin yarısını da ala bilməzsiniz", - üç övlad atası, 25 yaşlı Vilmar Rohas söyləyib.

Vilmar oriqami üsulu ilə toxuduğu çantaların bəzilərini 300.000 bolivara satır. Bu pula, sadəcə, 1 kq ət almaq olar.

Hər gün yüzlərlə venesuelalı isə Kolumbiya və Braziliya ilə sərhədləri keçərək ölkədən qaçırlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində